Logo

Tibb Universitetinin əməkdaşları da təltif olunub - FOTO

01.12.2022 11:35 127 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif olunması haqqında sərəncamlar imzalayıb.

Tehsil.biz xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə təltif olunanlar arasında Azərbaycan Tibb Universitetinin əməkdaşları da var.

Belə ki, Əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, İnsan anatomiyası kafedrasının professoru Şadlinski Vaqif Bilas oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Əməkdar elm xadimi, Daxili xəstəliklər kafedrasının müdiri, professor Məmmədhəsənov Rafiq Musa oğlu isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.


Şadlinski Vaqif


Məmmədhəsənov Rafiq

Həmçinin oxuyun: İlham Əliyev rektoru təltif etdi

Xəbər lenti