Logo

ADU-da Beynəlxalq fransız dili müəllimi gecəsi keçirilib

01.12.2022 10:33 228 baxış
IMG

Azərbaycan Dillər Universitetində Tərcümə fakültəsinin Fransız dilinin tərcümə ixtisası üzrə təhsil alan tələbələrinin təşkilatçılığı ilə Beynəlxalq Fransız dili  müəllimi gününə həsr olunan tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşları, Azərbaycan Fransız İnstitutun icraçı direktoru Jonathan Ünlü və Fransız dili Üzrə təlimçisi Lou Macherpin iştirak ediblər.

Tədbirdə hər iki ölkənin - Azərbaycan və Fransanın himnləri səslənib, vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir boyunca tələbələr Azərbaycan ilə Fransa arasındakı müxtəlif -ictimai-siyasi, elmi-texniki və mədəni əlaqələrindən bəhs ediblər.
Bədii hissədə tələbələr Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 1850 -ci ildə qələmə aldığı “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” əsərini səhnələşdiriblər.

Eyni zamanda görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə səhnələşdirilimiş epizod nümayiş ediblər.

Tələbələr xalq mahnısı Şuşanın dağları mahnısını tarda ifa ediblər.

Xəbər lenti