Logo

Şəmil Sadiq Emin Əmrullayevin bu fəaliyyətini alqışlayır

30.11.2022 22:31 440 baxış
IMG

"Elm və təhsil naziri Emin Əmrullayev neçənci dəfədir ki, jurnalistlər qarşısında brifinq keçirir. Bu, bir nazirin işinə hakim olması, işini yaxşı bilməsi, veriləcək bütün suallara cavabının olması deməkdir ki, bunu alqışlamaqdan başqa heç nə edə bilmərik".

Tehsil.biz xəbər verir ki, bu sözləri Hədəf Liseyinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib. 

O, brifinqdə iştirak edən jurnalistlərin tam əksinə olaraq işlərindən xəbərsiz olduğunu bildirib: "O qədər cılız suallar verirlər ki, bəzən adam ekran qarşısında öz-özünə deyir, elə yox, elə yox. Bunun bir səbəbi ixtisaslaşmış jurnalustlərimizin olmamasıdır. Məsələn, təhsil sahəsində yazan neçə jurnalist tanıyırıq? TV-lərdə ola bəlkə bir iki nəfər. Bu da o deməkdir, təhsildən xəbəri olmayan jurnalistlərin verdiyi suallar da elə olacaq. Bir zəhmət çəkib, bir-iki mütəxəssisdən məsləhət də almırlar ki, nəyi soruşaq, nədə problem görürsünüz?"

Ş.Sadiq təklif edib ki, bu cür təqdirəlayiq hallar jurnalistlərlə yox, azad mütəxəssislərlə keçirilisin: "Çox yox, üç-dörd mütəxəssis seçilsin, suallar verilsin, cənab nazir cavab versin. Əminəm ki, o da daha faydalı olar təhsilimiz üçün. Əminəm ki, nazir özü də zövq alar. Yoxsa ki, o cür gülünc sualların qarşısında adam özünü əsəbiləşməməkdən zorla saxlayır".

Xəbər lenti