Logo

BDU-nun basketbol komandası I Tələbə Basketbol Liqasına vəsiqə qazanıb - FOTO

30.11.2022 21:18 423 baxış
IMG

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında I Tələbə Basketbol Liqasının seçmə mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, seçmə mərhələnin qrup mərhələsində Bakı Dövlət Universitetinin (BDU) basketbol komandası ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Dövlət Sərhəd Xidmətinin Akademiyası və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrdən ibarət komandaları iştirak ediblər.

Qrup mərhələsini birinci yerlə tamamlayan BDU-nun basketbol komandası Liqaya birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, I Tələbə Basketbol Liqası dekabr ayından start götürəcək.

Xəbər lenti