Logo

Gömrük Akademiyasının əməkdaşına dövlət təltifi təqdim olunub - FOTO

30.11.2022 19:28 221 baxış
IMG

Noyabrın 30-da bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən mərasimdə təltif edilən digər təhsil işçiləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynova da elm və təhsil naziri Emin Əmrullayev tərəfindən “Tərəqqi” medalı təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Akademiyanın əməkdaşı İslam Hüseynov Azərbaycan təhsilinin inkişafında səmərəli xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbər lenti