Logo

"Məktəblərdə qaz yoxdur, direktor isə 5 manat pul yığır" - İDDİA+RƏSMİ AÇIQLAMA

30.11.2022 18:35 448 baxış
IMG

Gəncə şəhərində bir neçə məktəbində qaz yoxdur.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, hətta şəhərin Sadıllı qəsəbəsində 17 nömrəli məktəbin direktoru qaz piltəsi alamq üçün 5 manatdan pul yığır.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirildi ki, iddialarla bağlı araşdırma aparılıb:

"17 nömrəli tam orta məktəbdə qış mövsümünə keçidlə bağlı noyabr ayının 15-dən etibarən istilik tam təmin edilib. Hal-hazırda məktəbdə istiliklə bağlı heç bir problem yoxdur", - idarənin cavabında qeyd olunub.

Xəbər lenti