Logo

Vüqar Qurbanovun yeni müavinləri bu universitetlərdə təhsil alıblar - FOTO

30.11.2022 17:51 932 baxış
IMG

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanova müavinlər təyin edilib.

Tehsil.biz xəbər verir ki, müavinlər Araz Nəsirov və Anar İsrafilovdur.

Araz Nəsirov 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə təhsil alıb.

2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb.

2008-ci ildə “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib.

2004-2009-cu illərdə Palmali Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb.

2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib.

2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.


Araz Nəsirov

Digər müavin Anar İsrafilov isə Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.

Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.

2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.


Anar İsrafilov

Xəbər lenti