Logo

AzTU-nun məzununun şəhid olmasından bir il ötür

30.11.2022 16:40 312 baxış
IMG

2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından bir il ötür.

Tehsil.biz xəbər verir ki, qəza nəticəsində 14 hərbi qulluqçu şəhid olub, 2 nəfər yaralanıb. Şəhid olan hərbi qulluqçular arasında Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, kapitan Teymur Qaraisayev də olub.  

Qeyd edək ki, Teymur Qaraisayev 1983-cü ildə anadan olub. 2000-2004-cü illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsində təhsil alıb.  

Prezident İlham Əliyevin sərəncamına əsasən, kapitan Teymur Qaraisayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Xəbər lenti