Logo

ATMU-da “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı olub

30.11.2022 13:46 263 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Biznes idarəçiliyi fakültəsinin və İqtisadi İslahatların Təhlili Kommunikasıya Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı olub.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov rəhbərlik etdiyi ali məktəbdə “Yaşıl iqtisadiyyat” kitabının təqdimatının təşkilindən məmnunluğunu bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktor müavini professor Ramil Hüseyn yaşıl iqtisadiyyatın müasir dövrün ən böyük problemlərindən biri olduğunu söyləyib. O, dünya alimləri tərəfindən bu istiqamətə marağın gündən-günə artdığını, səmərəli həllinə xüsusi qayğı göstərildiyini, yaşıl iqtisadiyyatı ekoloji risklərin və çatışmazlıqları azaltmaqla bərabər, ətraf mühiti pisləşdirmədən davamlı inkişafı hədəfləyən sahə prizmasından dəyərləndirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov alternativ enerji mənbələrinin növlərini açıqlamaqla bərabər, alternativ enerjidən istifadəyə keçidin sosial-iqtisadi faydalarına münasibət bildirib.

ATMU-nun İqtisadiyyat kafedrasının müdiri dosent Səkinə Hacıyeva yaşıl maliyyə məhsulu və xidmətləri, pərakəndə maliyyə yaşıl investisiyalar, Menecment kafedrasının əməkdaşları Ülkər Sadıqova və Günay İldırımlı, İqtisadiyyat kafedrasının müəllimi Şəmşad Əlizadə isə ətraf mühitin mühafizəsinə çəkilən xərclər, ərzaq və kənd təsərrüfatı üçün yaşıl inkişaf siyasətləri, kənd təsərrüfatında ətraf mühit qaydaları və standartları barədə məlumat veriblər.

Xəbər lenti