Logo

İlahiyyat İnstitutunun əməkdaşları elmi-dini konfransında iştirak ediblər - FOTO

30.11.2022 13:22 267 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşları – dosent Məmmədəli Babaşlı və Şəms Bağırova Tatarıstan Respublikasının Müsəlman Ruhani İdarəsi, Quran və Sünnə Tədqiqatları Mərkəzi və “Rusiya – İslam dünyası” Strateji baxış qrupunun birgə təşkilatçılığı ilə Rusiyanın Kazan şəhərində “Sovet dövrünün sonlarında SSRİ-də İslam və müsəlmanlar” mövzusunda keçirilmiş VIII ümum-Rusiya elmi-dini konfransında iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, konfransda M.Babaşlı “Sovet dövründə Azərbaycanda İslam dini”, Ş.Bağırova isə “Sovet dövründən sonra Azərbaycanda ali dini təhsil (Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində)” mövzuları ilə çıxış ediblər. Məruzəçilər sovet dövründə İslam dininin vəziyyətindən bəhs edib, Azərbaycanda hazırda mövcud olan ali dini təhsil, habelə Aİİ-nin tarixi, məqsədləri, təhsil səviyyələri və s. haqqında ətraflı məlumat veriblər.

Səfər çərçivəsində iştirakçılar Kazan şəhərində yerləşən fizikiqüsurlu şəxslər üçün Tədris və Reabilitasiya Mərkəzini, Gözdən Əlillər üçün “Nur” Nəşriyyat Mərkəzini və “İkram” Sosial Yardım Mərkəzindən ibarət “Yardım” kompleks fondunu ziyarət ediblər. Aİİ əməkdaşları mərkəzlərin fəaliyyəti, gözdən əlillər, fizikiqüsurlu şəxslər üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Ali təhsil müəssisəsinin nümayəndələri daha sonra Kazan şəhərində yerləşən Rus İslam İnstitutunu ziyarət edib, müəssisələrarası əməkdaşlıq əlaqələrinin inkişafı və gələcək perspektivlərinə dair müzakirələr aparıblar.

Xəbər lenti