Logo

DİM dövlət qulluğu üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə müraciət edib

30.11.2022 12:56 302 baxış
IMG

Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən oktyabrın 16-da dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib. İmtahanda uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını ala bilərlər.

Namizədlər şəxsiyyətlərini təsdiq edən sənədlə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra sertifikatlarını növbəti həftə ərzində əldə edə bilərlər.

Xəbər lenti