Logo

28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

30.11.2022 12:41 272 baxış
IMG

Bu ilin noyabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Prezident yanında Ali Attestasiya Komissiyasından "Tehsil.biz"ə bildirilib ki, cari ayda 28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Noyabr ayında 43 nəfərə fəlsəfə doktoru, 6 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 25 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.

Həmçinin noyabr ayı ərzində 22 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.

Xəbər lenti