Logo

DİM-in şöbə müdiri magistrantlar üçün qiymətləndirməyə dair təqdimat edib - FOTO

30.11.2022 11:12 277 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Könül Pirverdiyevanın dəvəti ilə “SABAH magistratura” ixtisaslaşmasının "Təhsil siyasəti" və "Təhsildə liderlik" dərslərində Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn qonaq spiker qismində iştirak edib. 

Tehsil.biz xəbər verir ki, seminara "Təhsildə qiymətləndirmə və monitorinq" ixtisaslaşması üzrə təhsil alan magistratura tələbələri də qatılıb. 

"Qiymətləndirmə siyasəti" mövzusunda geniş təqdimat edən Vəli Hüseyn, həmçinin ABŞ və Böyük Britaniya təhsil təcrübəsindən danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti