Logo

Bu şəxslərin NƏZƏRİNƏ: dekabrın 3-də imtahan olacaq

30.11.2022 10:26 10491 baxış
IMG

Dekabrın 3-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunacaq.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Qeyd olunub ki, imtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”.

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

SAT imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.

Xəbər lenti