Logo

“İspanca - Azərbaycanca danışıq kitabçası” nəşr olunub

30.11.2022 10:15 244 baxış
IMG

Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “İspanca - Azərbaycanca danışıq kitabçası” nəşr edib.

Tehsil.biz xəbər verir ki, kitabçaya daxil edilən söz və ifadələr – “İlk söhbət”, “Emosiyaların ifadəsi”, “Səyahət”, “Yaşayış xidmətləri”, “İcarə”, “Avtomobil”, “Ailə”, “Diplomatik korpus”, “Biznes qurmaq istəyənlər üçün”, “Turizm xidməti”, “Şəhərdə”, “Restoran”, “Bankda”, “Alış-veriş”, “Poçt, telefon”, “Sağlamlıq”, “Müxtəlif xidmətlər”, “İdman və əyləncə”, “Polis məntəqəsində”, “Saylar”, “Tarix, saat və hava”, “Ümumi söz və ifadələr”, “Rənglər”, “Elan lövhəsi və yazılar”, “Bayram günləri”, “Anım günü”, “Matəm günü”, “Soyqırım günləri” kimi fəsillər üzrə təqdim edilib.

Lüğətin tərtibçisi – ispan dili mütəxəssisi Aysel Əliyeva, ispan dili üzrə redaktoru – Salvador dilçi-alimi, professor Sesar Edgardo Martines Flores, Azərbaycan dili üzrə redaktorları – Azərbaycan dili mütəxəssisləri Bәhlul Abbasov və Şəfiqə Şəfadır.

Qeyd edək ki, nəşr İspaniya, eləcə də ispandilli ölkələrdən Azərbaycana işgüzar və turist səfərlərinə gələnlər, eləcə də, ispan dilinin şifahi ünsiyyətdə istifadəsi üçün nəzərdə tutulub.

Kitabça Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Xəbər lenti