Logo

“Whatsapp” yeni funksiyaya sahibdir

30.11.2022 10:02 287 baxış
IMG

Vatsapın beta versiyasının istifadəçiləri mesencerin planşetdə quraşdırılmasını təklif edən bildiriş tapıblar.

Tehsil.biz xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Qeyd olunur ki, müvafiq banner vatsapın androiddə sınaq versiyasında 2.22.24.18 nömrəsi ilə peyda olub. Bildirişdə "WhatsApp Beta"nın artıq android planşetlərində də mövcud olduğu bildirilir. Eyni zamanda, test edənlərin heç biri mesencerin planşetlərdə necə işlədiyini göstərməyib.

Mənbənin məlumatına görə, bəzi funksiyalar vatsapın planşet versiyasında mövcud olmaya bilər, məsələn, real vaxtda məkanı paylaşmaq imkanı.

“WhatsApp”ın “Android” əməliyyat sistemi ilə işləyən planşetlərdə tam buraxılış vaxtı hələ açıqlanmayıb. Çox güman ki, bu yenilik yaxın aylarda mesencerin eyni vaxtda bir neçə cihazda tam hüquqlu işləməsinə imkan verən funksiyanın buraxılması ilə birlikdə əlçatan olacaq.

Xəbər lenti