Logo

Aşpaz ixtisası üzrə peşə hazırlığı kursuna müraciət müddəti uzadıldı

29.11.2022 19:11 308 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə keçiriləcək peşə hazırlığı kursuna müraciət müddəti uzadılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, 9 həftə davam edəcək kursa elektron ərizə forması üzərindən dekabrın 6-dək müraciətlər qəbul ediləcək.

Hazırlıq kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş şəxslər müraciət edə bilərlər. İşsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşlar elektron qaydada müraciət edə və ya xidmət yerinə (DOST mərkəzləri və ya Regional Məşğulluq filialları) şəxsən yaxınlaşa bilərlər.

Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Xəbər lenti