Logo

Azərbaycan və Türkiyə məktəbləri arasında rəsm sərgisi təşkil edilib - FOTOLAR

29.11.2022 15:45 644 baxış
IMG

Türkiyənin Aydın Sökə Fevzipaşa orta məktəbi ilə Bakı şəhəri 180 nömrəli tam orta məktəb arasında "Bir millət, iki dövlət" adlı rəsm sərgisi təşkil edilib.

Bakı şəhəri 180 nömrəli tam orta məktəbin müəllimi Sahib Şəmizadə "Tehsil.biz"ə bildirib ki, sərginin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi altında Türkiyə və Azərbaycan arasında qurulan dostluq-qardaşlıq əlaqələrinə dəstək vermək, istedadlı şagirdləri aşkar etmək və onların yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.

Türkiyədə sərgidə Təhsil idarəsinin müdiri Şərafəttin Yapıcı, Söke bələdiyyə başkan yardımçısı Veli Devrim Yerli, Fevzipaşa orta məktəbinin direktoru İbrahim Taşar, müəllimlər və şagirdlər iştirak edib.

Xəbər lenti