"Mövcud ali təhsil sisteminin bir sıra elementlərini tamamilə yenidən qurmaq məqsədəuyğun görünür".
Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib.
"Mövcud ali təhsil sisteminin bir sıra elementlərini təkmilləşdirmək yox, tamamilə yenidən qurmaq məqsədəuyğun görünür. Bu baxımdan ali təhsildə gözlənilən nəticələri təmin edən faydalı dəyişikliklər, həm də tamamilə yeni mütəxəssislər olan pedaqoji dizaynerlərin bu prosesə cəlb edilməsini qaçılmaz edir", - rektor qeyd edib.