Logo

BMU əməkdaşları Erasmus+ proqramı çərçivəsində “Beynəlxalq həftə”də iştirak ediblər

29.11.2022 11:16 368 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları Erasmus+ proqramı çərçivəsində keçirilən “Beynəlxalq həftə”də iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, “Ali təhsildə keyfiyyət təminatı” başlığı altında təşkil olunan tədbirin əsas məqsədi xarici ölkələrin ali təhsil müəssisələrinin, o cümlədən İngiltərə, İsveç, İspaniya, İtaliya, Türkiyə və Polşa universitetlərində keyfiyyət təminatında mövcud təcrübələrin Azərbaycanın ali təhsil müəssisələrinə qazandırılması olub.

Bakı Biznes Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirə Avropanın 6 qabaqcıl ölkəsindən 7 universitetin mütəxəssisləri, Azərbaycandan isə 33 ali təhsil müəssisəsindən 70-ə yaxın nümayəndə heyəti qatılıb. Toplantıda “Keyfiyyət təminatının ali təhsildə rolu”, “Keyfiyyətin təmin olunmasında özünüqiymətləndirmə fəaliyyətinin mahiyyəti və faydaları”, “Universitetlərdə pofessor-müəllim heyətinin qiymətləndirilməsi”, “Dekanların keyfiyyət təminatında rolu” kimi bir sıra mövzularda təqdimatlar keçirilib.

Xəbər lenti