Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir

15.02.2021 19:50 430 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı imzalanıb.

 

Bu barədə Tehsil.biz-ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, əməkdaşlığın əsas məqsədi peşə məktəblərinə tələbə təlimini praktiki formada və iş şəraitinə ən uyğun şəkildə təşkil etmək, peşə təhsilinin əhatəliliyini artırmaq, məzunların işəgötürülmə imkanlarını genişləndirməkdir.

 

Memoranduma əsasən tərəflər arasında peşə təhsili sahəsində mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması və tədrisin təşkili istiqamətində, həmçinin “Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində birgə əməkdaşlığa başlanılıb.

 

“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində pilot layihə olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Bazarstore” MMC supermarketlər şəbəkəsi ilə satıcı-kassir ixtisası üzrə qısa müddətli, ödənişsiz hazırlıq təlimi təşkil edilməsi nəzərdə tutulub. Tələbənin real işdə təcrübəyə əsaslanan öyrənmə metodu üzrə həyata keçirilən proqram nəzəri biliklərin peşə məktəblərində, praktiki biliklərin, bacarıq və səriştənin isə paralel olaraq tərəfdaş şirkətdə real iş mühitində əldə olunmasını təmin edir. “Bacarıqlı ol” usta yanında öyrənmə proqramına 2021-ci il mart ayında start veriləcək. Proqrama peşə təhsili müəssisələrinin tələbələri və satıcı-kassir ixtisası üzrə təlim və təcrübə keçmək istəyən gənclər qatıla bilərlər. Proqrama sənəd qəbulunun yaxın zamanda elan edilməsi nəzərdə tutulur.

Xəbər lenti