Logo

Bakıda öldürülən oğlan bu məktəbin şagirdi imiş...

28.11.2022 14:53 1146 baxış
IMG

Xəbər verdiyimiz kimi, Yevlax şəhər sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmov Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilib.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, T.Rüstəmov Yevlaxın Hacıselli kənd orta məktəbinin XI sinifində təhsil alırmış.

Dərslərinə məsuliyyətlə yanaşan Turan xüsusilə idman fənninə maraq göstərirmiş.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. Belə ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Xəbər lenti