Logo

"Dövlət qulluğunda fərqlənməyə görə" təltif edilən məmur dövlətin 144 milyonunu mənimsədi - İTTİHAM+FOTO

28.11.2022 12:16 470 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Tehsil.biz"in məlumatına görə, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla "xüsusilə külli miqdar" təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, R.Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun fərmanı ilə 2020-ci il avqustun 19-da bu vəzifəyə təyin edilib.

Rafael Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

2018-ci ildə o, Prezident İlham Əliyevin Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Xəbər lenti