Logo

"146" Çağrı Mərkəzinin fəaliyyət sahəsi genişləndirilir

28.11.2022 12:07 339 baxış
IMG

Elm və Təhsil Nazirliyi "146" Çağrı Mərkəzinin yeni fəaliyyət istiqamətlərini vətəndaşların istifadəsinə təqdim edir.

Tehsil.biz xəbər verir ki, mövcud istiqamətlərə Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı, Gəncə-Daşkəsən və Mərkəzi Aran regional təhsil idarələrinin çağrı mərkəzləri əlavə olunub.

Qeyd olunan regional təhsil idarələri ilə əlaqə yaratmaq istəyən vətəndaşlar Abşeron-Xızı üçün 146-0-1, Gəncə-Daşkəsən üçün 146-0-2, Mərkəzi Aran üçün isə 146-0-3 nömrələrinə zəng edə bilərlər.

Sözügedən regional təhsil idarələrinin fəaliyyətə başlayan çağrı mərkəzləri yalnız həmin regiona daxil olan təhsil müəssisələri ilə bağlı vətəndaş müraciətlərini cavablandırmaq üçün nəzərdə tutulub.

Xəbər lenti