Logo

"Media kriminal hadisələrin işıqlandırılmasına həssas yanaşmalıdır"

27.11.2022 21:18 121 baxış
IMG

"Media kriminal hadisələrin işıqlandırılmasına həssas yanaşmalıdır. Xüsusən qətl törədilməsi anlarına dair görüntülərin yayılmasından uzaq durmaq lazımdır. Jurnalistlər nəzərə almalıdırlar ki, belə təqdimatlar əksər hallarda hər hansı ictimai motivə əsaslanmır, cəmiyyət üçün zərərli mahiyyət daşıyır- həm insanların psixoloji, emossional durumuna mənfi təsir göstərir, zərərçəkənlərin doğmalarına və yaxınlarına mənəvi sarsıntı yaşadır, cinayəti təbliğ edir, həm də gələcəkdə hadisəyə hüquqi baxımdan ədalətli və obyektiv yanaşma üçün şübhə yeri qoyur".

Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurası məlumat yayıb.

Qeyd olunub ki, təcrübə göstərir ki, qətllə bağlı video görüntülərin yayılmasında jurnalistlərlə yanaşı, hadisənin təsadüfi şahidləri də iştirak edirlər:

"Belə şəxslərin də məsələnin həssaslığına düzgün yanaşmaları, sadaladığımız məqamları nəzərə almaları vacibdir. 

Medianın belə hallarda məsuliyyət hissini unudaraq öz “reytinqini” ictimai maraqlardan üstün tutması, habelə informasiya mənbəyi rolunda çıxış edən şəxslərin, sosial şəbəkə istifadəçilərinin bu cür xəbərlərin cəmiyyətə təsir yükünü düzgün qiymətləndirməməsi təəssüf doğurur".

Xəbər lenti