Logo

56 gündən sonra şəhidlik xəbəri gələn İlkin Ağakişiyev...

27.11.2022 15:06 218 baxış
IMG

İlkin Elxan oğlu Ağakişiyev 1995-ci ilin 17 sentyabrında Mingəçevir şəhərində anadan olub.

Tehsil.biz xəbər verir ki, İlkin Mingəçevir şəhəri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində musiqi təhsili alıb.

Evin tək oğlu olan İlkin 2013-cü ildə Mingəçevir şəhər 10 N-li orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə—İqtisad fakültəsinə qəbul olunub. Akademiyanı bitirdikdən sonra bir il boyunca Gədəbəydə ön cəbhədə əsgərlikdə olub.

2020-ci ilin sentyabrında İlkin təlimlər üçün N saylı Hərbi hissəyə, oradan da Goranboy rayonu Ballıqaya istiqamətinə aparılıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.

İlkin axırıncı dəfə ailəsi ilə sentyabrın 30-da danışıb. Sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Ailəsinə yalınız 56 gündən sonra şəhidlik xəbəri gəlib. Şəhidin nəşi noyabrın 27-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid İlkin ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edlib.

Allah rəhmət eləsin!

Xəbər lenti