Logo

Deputatın qızının bağçasında dəhşət: uşağın ayağı belə sındı – VİDEO

27.11.2022 14:18 365 baxış
IMG

Deputat Fəzail Ağamalının qızının rəhbərlik etdiyi uşaq bağçası ilə bağlı ittihamlar var.

Tehsil.biz xəbər verir ki, bu barədə Mehriban Fərruxlu adlı istifadəçi sosial mediada paylaşım edib.

Onun sözlərinə görə, 4 yaşlı qızı Firəngizi yüz ölçüb bir biçdikdən sonra özəl bağçaların birinə getməsinə qərar verib:

"Buta" bağçasını tapdım. Allah mənim canımı alaydı, körpəmi o məsuliyyətsizlərə əmanət etdiyim yerdə.

18 noyabr 2022 qızımı Fəzail Ağamalının qızı Günay Agamalının rəhbərlik etdiyi Buta bağçalarının Gənclik filialına apardım. Nəhayət 23 noyabr 2022 saat 15:21-də nəzarətsizlik ucbatından qızım ikinci mərtəbədə yerləşən yataqdan yerə yıxılıb ayağı sınıb və başı travma alıb. Günlərdir ki, susdum, dözdüm və məqsədim vardı Günay Agamalıdan məlum videonu əldə etmək üçün səbr etdim.Balam günlərdi zülm çəkir.Üç həftə gipsdə qalacaq ayağı. Bu məsuliyyətsizlər qanun qarşısında cavab versinlər”.

Videonu təqdim edirik:

Xəbər lenti