Logo

BANM-də psixologiyaya dair növbəti sessiya təşkil olunub

27.11.2022 10:16 130 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Psixologiya klubunun təşkilatçılığı ilə Ali Məktəbin psixoloqu Firuzə Mustafayevanın tələbələr üçün "Stres və onun idarə olunması" mövzusunda görüşü keçirilib. 

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Qeyd edilib ki, görüşdə psixoloq stres və onun növləri, təsirləri, stresli vəziyyətlərdə davranış qaydaları və onun idarəolunması metodları, stresli vəziyyətin təsirlərinin azaldılması üsullarından bəhs edib, tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti