Logo

BMU-da “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları” mövzusunda təlim təşkil olunub

26.11.2022 23:59 104 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları” mövzusunda ilk təlim təşkil olunub.

Tehsil.biz xəbər verir ki, universitetin struktur rəhbərlərinin iştirak etdiyi təlim iki qurum arasında ötən həftə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən keçirilib.

Tədbirdə BMU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova açılış nitqi ilə çıxış edib. O, bildirib ki, BMU cari tədris ilində akkreditasiyası planlaşdırılıan ilk təhsil müəssisələri sırasında yer alır. Bu məqsədlə TKTA ilə davam etdirilən əməkdaşlıq çərçivəsində BMU-da “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları”, “İnstitusional akkreditasiya zamanı özünü təhlilin aparılması və hesabatın tərtibi qaydaları” üzrə təlimlərin təşkili planlaşdırırlır. Eyni zamanda təlimlər “Ali təhsil müəssisəsində daxili keyfiyyət təminatı mexanizmləri”, “Ali təhsil müəssisəsinin strateji planlaması və idarəedilməsi” istiqamətlərini də əhatə edəcək. Sözügedən təlimlər yeni akkreditasiya qaydaları, meyarları və özünütəhlil hesabatının hazırlanmasını izah etmək məqsədi daşıyır. Şöbə müdiri onu da nəzərə çatdırıb ki, hər təlimdən sonra prosedurun növbəti mərhələlərinin müzakirəsi nəzərdə tutulur.

Sonra təlimçi, TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqda geniş məlumat verib. Şöbə müdiri təlim iştirakçılarını keyfiyyətə dair terminlər, keyfiyyət təminatı, o cümlədən daxili və xarici keyfiyyət təminatının fərqi, qanunvericilikdə daxili keyfiyyət təminatı və digər məsələlər barədə ətraflı məlumatlandırıb.

Sual-cavab sessiyası ilə davam etdirilən təlimin sonunda təlim materialları iştirakçılar ilə paylaşılıb.

Xəbər lenti