Logo

"DİM elə bilir ki, imtahana hazırlaşanlar robotdur"

26.11.2022 21:59 1307 baxış
IMG

"Sosial şəbəkələrdə buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi qeyd olunur".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Əli Ələkbərov bildirib.

Fevral ayından buraxılış imtahanlarının keçirilməsi abituriyentlərdə ruh düşkünlüyünə səbəb olur, həmçinin abituriyentlər, valideynlər, müəllimlər DİM-in bu məsələdə haqsız olduğunu düşünürlər:

Hesab edirəm ki, yekun atestasiya bütün materialları əhatə etməlidir. Heç bir məntiqə də sığmır ki, imtahanı fevral ayının əvvəlində, dərs ilinin bitməsinə 20 həftə qalmış keçirələr. Bu tələsməyin bir səbəbi olmalıdır, amma o da yoxdur. İmtahanlar ən tez martın sonu, aprelin birinci həftəsində keçirilə bilər.

Əksər valideynlər düşünürlər ki, əksinə, bu sistemi bəyənirlər.

Onların fikrincə, buraxılış imtahanının erkən keçirilməsi hər hansı neqativ situasiya yaratmır. Onların sözlərinə görə, imtahandan sonrakı proqramı oxumaq da uşağın özündən asılıdır: "Biz əlavə pul ödəyirik ki, uşaqlarımız kurslara gedib savadlı olsun. Onsuz da uşaqlar buraxılış intahanından keçmək üçün oxumurlar. Yəni hədəf buraxılış imtahanı deyil. Uşaq oxuyursa, imtahandan sonra da oxuyacaq, oxumursa, heç bir imrahan onu buna məcbur edə bilməyəcək. 

Bu ildə ötən illərdə olduğu kimi abituriyentlər buraxılış imtahanlarının mart və ya aprel aylarında keçirilməsini nəzərdə tutnuşdular.

Abituriyentlərdən birinin sözlərinə görə, "DİM-in buraxılış imtahanlarının fevral ayında keçirmək istəməsi çox pis haldır, çünki mövzular çoxdur. Təkrarlamağa vaxt qalmayacaq. Düşünürəm ki, builki nəticələr də aşağı olacaqdır".

Çox gülünc vəziyyətdir. DİM-də işləyənlər elə düşünür ki, imtahana hazırlaşanlar sanki robotdur. Çox təssüf olsun ki, nəticə etibarı ilə ölkənin təhsil siyasətində pozuculuq yaranır.

Əli Ələkbərov

Xəbər lenti