Logo

İstedadlı şagirdlərin mükafatlandırma tədbiri keçirilib - FOTO

26.11.2022 21:10 140 baxış
IMG

Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən istedadlı şagirdlərin mükafatlandırma tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Naqif Nəbiyev adına  2-ci fizika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan, "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsində qalib gələn şagirdlər və onların müvafiq fənn müəllimləri iştirak edib. 

Şirvan-Salyan RTİ-nin müdiri Sənan Mənsimli çıxış edərək şagirdlərimizi və fənn müəllimlərini təbrik edib. S.Mənsimli çıxışında  Şirvan-Salyan RTİ-nin istedadlı şagirdlərə göstərdiyi qayğıdan danışıb, müsabiqə və olimpiadaların şagirdlərin şəxsi inkişafına olan təsirini vurğulayıb.

Sonda şagirdlər və müəllimlər mükafatlandırılıb.

Xəbər lenti