Logo

Türkiyənin TED Universitetinin rektoru ADPU-da olub

26.11.2022 17:33 118 baxış
IMG

Türkiyənin TED Universitetinin rektoru, professor İhsan Sabuncuoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

Tehsil.biz xəbər verir ki, görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, prorektorlar-Eldar Aslanov, Mahirə Hüseynova, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və ADPU-nun Təlim-tədris Mərkəzinin müdiri Xalidə Həmidova iştirak ediblər.

Tərəflər bu yaxınlarda Ankarada keçirilən görüşün davamı olaraq ali təhsil müəssisələri arasında tədqiqat və akademik istiqamətlərdə əməkdaşlıq mexanizmlərinin qurulması yollarını müzakirə ediblər.

Xəbər lenti