Logo

"Hamı repetitor yanına gedirsə, qəbul imtahanında nəticənin aşağı olmasının səbəbi də repetitordur"

26.11.2022 16:25 5330 baxış
IMG

"Repetitorluq məsələsi dəfələrlə müzakirə olunub".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ötən gün media üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, repetitorluq dünyanın hər yerində var, irəli sistemli təhsili olan ölkələrdə də var:

“Valideyn uşağına əlavə saat alırsa, bunu edə bilər. Repetitorluq imtahan sistemimizlə bağlıdır. Çünki bizdə imtahan rəqabətə bağlıdır. Deyilir ki, təhsildə keyfiyyət yoxdur, ona görə uşaq repretitor yanına gedir. Bir tərəfdən də deyilir ki, qəbul imtahanının nəticələri aşağıdır. Hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmanın səbəbi də repetitordu. Yaxşı nəticə olanda bu, repetitorun olur, pis nəticə olanda isə təhsil sisteminin? Bu nə qədər məntiqli arqumentdir? Bu, ziddiyyətli məsələdir. Demək ki, zəif uşağa repetitor da kömək edə bilmir”.

Xəbər lenti