Logo

Xəzər Universitetinin əməkdaşları UPF Barselona İdarəetmə Məktəbində olublar

26.11.2022 16:01 99 baxış
IMG

Xəzər Universitetinin əməkdaşları “UniLab” layihəsi çərçivəsində İspaniyanın UPF Barselona İdarəetmə Məktəbində olublar.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, görüşdə layihə üzrə görülən işlər və gələcək planlar müzakirə olunub.

Karyera İnkişaf Mərkəzinin koordinatoru Elnurə Əhmədzadə və İnkişaf ofisinin layihə rəhbəri Jalə Rzayeva təqdimatla çıxış edərək, layihə çərçivəsində universitetin “Karyera inkişaf ayı” və “Karyera səfirləri” proqramları üzrə görülən işlər barədə məlumat veriblər.

Xəbər lenti