Logo

Azərbaycanlı tələbə Avropa çempionu oldu - FOTO

26.11.2022 14:13 144 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) birinci kurs tələbəsi Raul Qasımzadə Yunanıstanın Afina şəhərində keçirilən uşu-kunq fu üzrə Avropa çempionatınının yeniyetmələr arasında sanda yarışlarında 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edib.

Tehsil.biz xəbər verir ki, o, bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb və Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, Raul Qasımzadə AzTU-nun Energetika və avtomatika fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alır.

AzTU-nun rektoru Vilayət Vəliyev Raul Qasımzadəni qəbul edib və onu qazandığı qələbə münasibətilə təbrik edib. Gələcək yarışlarda Raul Qasımzadəyə uğurlar arzu edən rektor onu fəxri fərmanla təltif edib.

Raul Qasımzadə göstərdiyi diqqətə görə rektora təşəkkür edib.

Xatırladaq ki, uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası 12 qızıl medal qazanıb.

Xəbər lenti