Logo

AƏSMA “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarda - FOTO

26.11.2022 13:25 220 baxış
IMG

Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilati dəstəyi ilə noyabrın 25-də Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlunun “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarı keçirilib.

Tehsil.biz xəbər verir ki, AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq seminar çərçivəsində “Universitet-sənaye əməkdaşlığı”, “Müəllim-tələbə münasibətləri”, “Tədrisin keyfiyyəti və tədqiqatların sənayeyə tətbiqi”, eləcə də “Gələcəyin universitetləri necə olacaq?” mövzularına toxunulacağından bəhs edib. Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Seminar İhsan Sabuncuoğlunun təqdimatı əsasında davam etdirilib.

Təqdimatın birinci hissəsində rektor “Ali təhsildə qlobal trendlər və tətbiqlər” mövzusunda çıxış edib. İkinci hissədə isə “Azərbaycanda ali təhsil və universitet-sənaye əməkdaşlığı” adlı tədqiqat mövzusundan danışılıb.

Seminarda ali təhsil müəssisələrinin nümayəndə heyəti, o cümlədən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov, Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvin Məmmədova, İmtahan bölməsinin rəhbəri Səidə Hüseynova, Sosial iş fakültəsinin dekanı Sədaqət Məmmədova və Maliyyə-iqtisad fakültəsinin dekanı Hicran Mirzəyeva da iştirak edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

Xəbər lenti