Logo

"Paşa Bank”ın BDU tələbələri üçün təlimi keçirilib

26.11.2022 11:10 260 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə “Paşa Bank” ASC tərəfindən tələbələr üçün ”Məhsul idarəedilməsi” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, sektorun baş mütəxəssisi İlkin Şərifov iştirakçılara mövzu ilə bağlı məlumat verib, keyfiyyətli məhsul idarəetməsinin əmək bazarında önəmini vurğulayıb.

“Paşa Bank”ın əməkdaşı Təhminə Misirli isə tələbələrə məhsul menecerliyi, məhsulların effektiv idarəolunması barədə danışıb. Uğurlu məhsul meneceri üçün tələb olunan bacarıq və öhdəlikləri izah edib. Bildirib ki, məhsul meneceri şirkətdə yeni məhsulun yaradılması və satışa çıxarılmasından məsul olan, ideyalar və inkişaf strategiyasını yaradan, komanda toplayan, planlaşdırma aparan və qarşıya qoyulan öhdəliklərin icrasına nəzarət edən şəxsdir. Hər bir məhsulun əsas məqsədi müştərilər üçün fayda yaratmaqdır, məhz buna görə menecer auditoriyanı, bazar şərtlərini və rəqabəti dərindən təhlil etməlidir.

Təlim tələbələr tərəfindən maraqla qarşılanıb.
Sonda mövzunu mənimsəyən iştirakçılara şirkət tərəfindən sertifikat və həvəsləndirici hədiyyələr təqdim edilib.

Xəbər lenti