Logo

BDU-nun Hüquq fakültəsində ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

25.11.2022 21:53 129 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin (ELSA Azərbaycan) təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimat mərasimdən əvvəl Milli Məclisin deputatı Kamal Cəfərov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev və ELSA Azərbaycan təşkilatının Milli İdarə Heyətinin iştirakı ilə görüş keçirilib. İclasda Hüquq fakültəsi ilə ELSA Azərbaycan arasında mövcud olan əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təqdimat mərasimində Kamal Cəfərov və Zaur Əliyev çıxış edərək ELSA Azərbaycan təşkilatının fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Qeyd olunub ki, hazırda Azərbaycanın müasir, müstəqil düşüncəli, dövlət siyasətinə sadiq, peşəkar, gənc hüquqşünaslara, kadrlara ehtiyacı var. Avropanın 44 ölkəsindən 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünya üzrə hüquq təhsili alan gənclərin və tələbələrin ən böyük təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə qoyulub. Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub.

Daha sonra isə ELSA Azərbaycan-ın 8 nəfərdən ibarət Milli İdarə Heyəti tərəfindən təşkilat və onun həyata keçirdiyi layihələr barədə tələbələrə ətraflı məlumat verilib.

Xəbər lenti