Logo

BSU-da yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib

25.11.2022 20:31 249 baxış
IMG

Noyabrın 25-də Bakı Slavyan Universitetində (BSU) yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbir “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis mayoru Araz Əsgərli Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat haqqında məruzə ilə çıxış edib. 

Çıxışında qəzaların yaranma səbəbi, təhlükəli vəziyyətlərə gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar, hər birinin məsuliyyəti barədə ətraflı məlumat verib.

BSU-nun Jurnalistika kafedrasının müdiri, professor Vüqar Rəhimzadə belə maarifləndirici tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonda Araz Əsgərli tədbir iştirakçılarının yol hərəkəti qaydaları ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti