Logo

BDU tələbələri üçün "Gənc Torpaqşünaslar Klubu" layihəsinə start verilir

25.11.2022 19:09 293 baxış
IMG

"Aqrar İnkişaf Könüllüləri" təşkilatı və BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə "Gənc Torpaqşünaslar Klubu" layihəsinə start verilir.

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi Torpaqşünaslıq və aqrokimya, Yer quruluşu və daşınmaz əmlakın kadastrı və sair ixtisaslar üzrə təhsil alan gənclərin aqrar sahədə bilik və praktiki bacarıqlarını artırmaqdır. Layihə həm də aqrar sahədəki problemlərin araşdırılması və həll olunmasına yardım məqsədi daşıyır.

Layihə çərçivəsində tələbələrin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarına ekskursiyaları, həmçinin Abşeron yarımadası ərazisində torpaqların monitorinqinin həyata keçirilməsi, təlim və görüşlərin təşkili planlaşdırılır.

Layihədə iştirak üçün qeydiyyat linki: https://bit.ly/3Eyasbu

Xəbər lenti