Logo

Təhsil Tələbə Krediti Fondunda vətəndaşlarla görüş keçirilib

25.11.2022 18:55 218 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunda (TTKF) vətəndaş qəbulu qrafikinə uyğun olaraq görüşlər keçirilib.

Bu barədə "Tehsil.biz"ə fonddan məlumat verilib.

Fondun İdarə Heyətinin sədri Araz Paşayev və sədr müavini Bəhruz Əzimov tərəfindən vətəndaşların müraciətləri dinlənilib, araşdırma tələb edən məsələlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlar öncədən qeydiyyata yazılmaqla Təhsil Tələbə Krediti Fondunda qəbula gələ bilərlər.

Qəbula yazılmaq üçün TTKF-in Telefon Məlumat Mərkəzinə zəng etmək və ya vatsap vasitəsilə mesaj göndərmək xahiş olunur. Qəbula yazılan zaman və qəbul günü vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Xəbər lenti