Logo

"Müəyyən sayda müəllimlər var ki, onların diplomunun mənbəyini müəyyən edə bilmirik"

25.11.2022 18:30 947 baxış
IMG

"Müəyyən sayda müəllimlər var ki, onların diplomunun mənbəyini müəyyən edə bilmirik".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, həmin müəllimlərdə bir səhv yoxdur:

*Onlar 1992-1993-cü illərdə müəyyən bir kollecdə təhsil alıblar. Onlara diplom o dövrdə çalışan cavabdeh şəxs tərəfindən təqdim edilib və təsdiqlənib. Həmin müəllimin əlində bir sənəd var, amma rəsmi təsdiqini müəyyənləşdirməkdə çətinlik çəkirik".

Xəbər lenti