Logo

BDU-da “Zəfər dastanı” esse müsabiqəsinin nəticələri açıqlanıb

25.11.2022 18:00 282 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələr arasında 8 Noyabr - Zəfər Günü münasibətilə elan etdiyi “Zəfər dastanı” mövzusunda esse müsabiqəsi başa çatıb.

Tehsil.biz xəbər verir ki, müsabiqədə BDU-nun 44 tələbəsi iştirak edib. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.

Müsabiqə komissiyasının qərarı ilə I yerə Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Günel Hüseynova, II yerə Filologiya fakültəsinin II kurs tələbələri Zərintac Şükürzadə və Səbinə İslamova, III yerə Jurnalistika fakültəsinin III kurs tələbəsi Nəzrin Gəncəliyeva və Tarix fakültəsinin II kurs  tələbəsi Lalə Mollayevanın esseləri layiq görülüb.

Qalib gəlmiş tələbələr diplom və pul mükafatı ilə təltif edilib. Onların məqalələri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Xəbər lenti