Logo

"Qonşu ölkələrdə də dərsliklərin gec paylanması problemi yaşanır"

25.11.2022 16:38 462 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev dərsliklərin gec paylanması məsələsinə münasibət bildirib.

"Tehsil.biz"in sualını cavablandıran nazir bildirib ki, bunun obyektiv səbəbləri var:

"Bu, şəxsə və ya şəxslərə aid deyil. Heç kim proqnozlaşdıra bilməzdi ki, hərbi konflikt olacaq və kağız tədarükündə problem yaranacaq. Düzdür, bu, bəhanə deyil. Amma elektron qaydada kitablar əlçatan idi. Qonşu ölkələrdə də bu problem yaşanır. Biz artıq növbəti ilin çap xərclərini proqnozlaşdırırıq ki, problemlər yaşanmasın”.

Xəbər lenti