"Tənəffüs vaxtlarının müəyyənləşdirilməsi məktəblərin ixtiyarına buraxılmalıdır. Məktəb öz vəziyyətinə baxıb bununla bağlı qərar verə bilər”.
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
Nazir hesab edir ki, bu məsələdə məktəb və valideynlərin iştirakı ilə qərar qəbul edilməlidir:
"Tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin məktəbdə qalma müddətinin uzanması ilə bağlıdır. Əgər valideynlər istəyirsə, dərs 9-da başlasın, başlaya bilər. Bizim üçün tənzimləyici qurum olaraq dərsin 8-də və ya 9-da başlamasının fərqi yoxdur. Məktəb öz vəziyyətinə baxıb qərar verə bilər”.