Logo

UNEC-də “PAŞA Holding”in təqaüdlü təcrübə proqramına start verilib

25.11.2022 14:13 99 baxış
IMG

Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin və Maliyyə və mühasibat fakültəsinin birgə təşkilatçılığı ilə “PAŞA Pay” şirkətinin “PAŞA Business” mobil tətbiqi layihəsi üzrə təcrübə proqramının təqdimatı keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, şirkətin Biznes partnyorları ilə iş və loyallığın qorunması strukturunun rəhbəri Elçin Allahverdiyev və İnsan resursları strukturunun əməkdaşları təcrübə proqramı və “PAŞA Business” mobil proqramının üstünlükləri barədə məlumat veriblər. Bildirilib ki, təqaüdlü təcrübə proqramının sonunda tələbələr sertifikat əldə edəcəklər. Təcrübə müddətində fərqlənənlər işlə təmin olunacaqlar.

Təqdimat zamanı iştirakçıların onlayn qeydiyyatı da aparılıb.

Xəbər lenti