Logo

ADNSU-da “Beynəlxalq təcrübədə tyutorluq” təlimini uğurla başa vuran şəxslərə sertifikat verilib

25.11.2022 12:42 258 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunan “Beynəlxalq təcrübədə tyutorluq” təlimini uğurla başa vuranların mükafatlandırılması mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, mərasimdə ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə tədris prosesi və tədrisdə tyutorların rolundan danışıb. O, tyutor vəzifəsinin öhdəlikləri, tələbələrlə işin əlaqələndirilməsi, bu sahədəki mövcud çətinliklər və həlli vacib olan məsələlərdən söz açıb.

TKTA-nın sədri Ülkər Səttarova tyutorların peşəkarlığının artırılmasına dəstək verilməsi baxımından təlimin əhəmiyyətindən bəhs edib. O, agentlik tərəfindən ali təhsil müəssisələrinin inkişafına yönəlmiş belə təlimlərin keçirilməsinə hər zaman dəstək verildiyini qeyd edib.

Sonra təlimdə yüksək nəticə göstərmiş ADNSU tyutorları TKTA tərəfindən sertifikatla təltif ediliblər. Qeyd edilib ki, ADNSU-dan 65 nəfər tyutor təlimlərdə iştirak edib.

Xəbər lenti