Logo

"Sağlam həyat, sağlam gələcək" layihəsinin növbəti tədbiri ADAU-da keçirilib

25.11.2022 11:35 341 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Əczaçılar Klubu” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sağlam həyat, sağlam gələcək” adlı layihənin növbəti tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kompaniya xarakterli deyil, davamlı siyasətdir.

"Əczaçılar Klubu" İctimai Birliyinin sədri Şövqi Bünyatov çıxış edərək, yaradılan şəraitə görə ADAU rəhbərliyinə minnətdarlığını bildirib. Sonra narkomaniya və onun fəsadları, müalicəsi və digər mövzularda çıxışlar dinlənilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbər lenti