Logo

GDU-da Mirzə Şəfi Vazehə həsr olunan elmi seminar keçirilib

25.11.2022 11:06 293 baxış
IMG

Gəncə Dövlət Universitetinin (GDU) Tələbə Elmi Cəmiyyətinin və Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına həsr olunan elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Filologiya fakültəsinin dekanı, dosent Zakir Ələsgərov, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədov, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova, kafedranın müəllimi Vüsal İsgəndərov və tələbə heyəti iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad olunub.

Seminarda Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova "Gəncəli Müdrik" məruzəsi ilə çıxış edərək, Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, erkən yaşlarından poeziyaya böyük həvəs göstərən Mirzə Şəfi Vazehin yaradıcılığı Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutur. Mirzə Şəfi Vazehin lirik-romantik, mübariz, döyüşkən ruhlu əsərlərinin, mövzusu və ideyası bu gün də aktualdır.

Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov "Mirzə Şəfi Vazeh yaradıcılığına baxış", Filologiya fakültəsinin birinci kurs tələbələri Səma Məmmədzadə "Gəncədə doğan günəş", Nərgiz Əsədova “Xəttat yaradıcılığı" məruzələri ilə çıxış ediblər. Fakültənin tələbələri Səkinə İbrahimova "Məhəbbət təranələri", Zibeydə Abdullayeva "Hikmətli sözlər" şeirlərini səsləndiriblər.

Xəbər lenti