Logo

BANM-in tələbələri “Biznesin qurulması” təlimində iştirak ediblər

25.11.2022 10:16 286 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün bir neçə özəl təhsil müəssisəsinin qurucusu və təhsil biznesi sahəsində tanınan Elvin Dadaşsoyun “Biznesin qurulması” adlı təlimi təşkil edilib.

Tehsil.biz xəbər verir ki, təlimə BANM-in Biznesin idarə edilməsi və Kimya mühəndisliyi ixtisasının tələbələri qatılıb.

Elvin Dadaşsoy tələbələrə biznesə başlamaq yolları, bunun üçün lazımi keyfiyyətlər və resurslar, uğurlu biznes yaratmaq və qoruyub saxlamaq kimi mövzularda təcrübələrini və biliklərini bölüşüb.

Yeri gəlmişkən, Elvin Dadaşsoy 2013-cü ildə təhsil sahəsində biznesini qurub. 2014-cü ildə ilk uşaq inkişaf mərkəzləri brendini yaradıb. Hazırda onun yaratdığı brend françayz üsulu ilə genişlənərək ölkədə 14 filiala çevrilib. O, həmçinin bir neçə məktəbəqədər şirkətin həmtəsisçisidir. Təlimçi kimi hər il 3000-dək insana biznes seminarları verir.

Xəbər lenti